IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın vəhabi təfəkkürlü şəriət məhkəməsi yenə də cinayət törətməsi barədə heç bir dəlil və şahid olmadan bir şiə vətəndaşını edam edib.
Müslim əl-Möhsin adlı bu şiə, barəsində edam hökmü çıxarıldıqdan təkcə 10 gün sonra edam olunub və bu barədə cəmiyyətədə açıqlama isə hökmün icrasından sonra verilib.
Səudiyyənin vəhabi hakimiyyəti edam edilən şiə vətəndaşın silahlı qrupa qoşulduğunu və bir polisi öldürdüyünü iddia edib.
Ərəbdilli media dairələri və Avropa İnsan Haqları Təşkilatı isə Müslim əl-Möhsinin boş və əsassız ittiham olunduğunu və günahsız öldürüldüyünü bildiriblər.
Müslimin həmyerliləri onun sadə, mehriban və sülhsevər bir insan olduğunu və heç vaxt silah gəzdirmədiyini bildiriblər.
Qeyd edək ki, Müslim əl-Möhsin Qətif əyalətinin əl-Əvamiyyə şəhərində yaşayırdı və 2015-ci ildə yeniyetmə olduğu vaxtlarda həbs edilmişdi. / 4002618